RU

Bu Avropa ölkəsində hərb xidmət məcburi olur

Almaniyanın xarici işlər naziri Johann Wadephul Almaniyada məcburi hərbi xidmətin dərhal bərpa olunmasının tərəfdarıdır.

Vətəninfo.az xəbər verir ki , bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri “Funke” nəşrinə müsahibəsində bildirib.

O qeyd edib ki, bu barədə artıq dəfələrlə danışıb. “Lakin bu məsələni koalisiya daxilində müzakirə etməliyik. Hökumət təkliflər verib və indi fraksiyalar danışıqlar aparıb qanunla bağlı qərar verməlidir. Təbii ki, bütün hallar nəzərə alınmalıdır”, – Vadeful bildirib.

Bundestaqın gələn həftə Almaniyada hərbi xidmətin yeni modeli haqqında qanun layihəsinin müzakirəsinə başlayacağı gözlənilir. Almaniya Müdafiə Nazirliyi Bundesver hərbi qulluqçularının sayını 260 minə, ehtiyatda olan hərbçilərin sayını isə 200 minə çatdırmaq niyyətindədir.

Avqustun 27-də Almaniya hökuməti müdafiə naziri Boris Pistoriusun hərbi xidmətin yeni modeli haqqında qanun layihəsini qəbul edib. Qanun layihəsi Almaniyada İsveç modelinə uyğun olaraq könüllü hərbi xidmətin tətbiqini nəzərdə tutur. Bu Skandinaviya ölkəsində bütün orta məktəb məzunları hərbi imtahan verirlər, lakin onların yalnız bir hissəsi sonda həqiqi hərbi xidmətə yazılır. Qanun layihəsi ümumi hərbi xidmətə qayıtmağı istisna etmir.

Almaniyada icbari hərbi xidmət 2011-ci ilin iyulunda ləğv edildi və bundan sonra peşəkar orduya keçid baş verdi.

Избранный
8
veteninfo.az

1Источники