RU

Potidə yanacaq oğurluğu: 25 ton yanacağı mənimsəyənlər saxlanıldı

Gürcüstanın Poti şəhərində polis böyük həcmdə yanacaq oğurluğu ilə bağlı əməliyyat keçirib.

News365.az “InterPress.ge”yə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, əməliyyat zamanı üç nəfər saxlanılıb. Onların əvvəllər dəfələrlə müxtəlif cinayətlərə görə məhkumluqları olduğu bildirilib.

İstintaqın gedişində müəyyən edilib ki, həmin şəxslər bir müddət Poti şəhərindəki yanacaqdoldurma məntəqəsində çalışıblar. Onlar qrup halında gizli yolla 47 496 lari (təxminən 25 ton) yanacağı mənimsəyiblər.

Hazırda saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Qanunvericiliyə görə, bu maddələr on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

News365.az

Избранный
13
news365.az

1Источники