RU

Amami adası uğrunda Çin Yaponiya savaşı (ŞƏRH)

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Güclənən Çin deyəsən artıq yaxın qonşularına qarşı təzyiq kampaniyasına keçməyə qərar verib. Məlumata görə, Pekin Yaponiyanın Şərqi Çin dənizindəki Amami adaları yaxınlığındakı eksklüziv iqtisadi zonasında tədqiqat fəaliyyəti aparıb. Yaponiya hökuməti isə Çinin bu addımını qeyri-qanuni sayaraq, buna görə, Pekini ittiham edərək, ona etirazını bildirib. 

Məlumatı Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında jurnalistlərə açıqlayıb:

"Diplomatik kanallar vasitəsilə Çin hökumətinə hədsiz təəssüf və kəskin etiraz bildirilib, ondan bu qeyri-qanuni tədqiqat fəaliyyətlərini dərhal dayandırmağı tələb ediblər".

Hayaşinin sözlərinə görə, Yaponiya Sahil Mühafizəsi sentyabrın 28-i və 30-da Amami adaları yaxınlığında Çin okeanoqrafik gəmisinin boruya bənzəyən bir qurğusunun su altında qaldığını müşahidə edib. Yapon patrul gəmiləri səsgücləndiricilərdən istifadə edərək Çin gəmisinin EEZ-dən çıxmasını tələb ediblər.

Qeyd edək ki, Çinlə Yaponiya arasında münasibətlər II Dünya müharibəsindən üzü bəri hələ də tam qaydasına düşməyib. Tərəflər arasında müxtəllif əlaqələr yaransa da, etimadsızlıq mühiti hələ də davam edir. Çin isə aydın görünür ki, son illər hərbi cəhətdən də aktivləşir. Bu əsasda da, Çinin Tayvan adasını yenidən özünə birləşdirmək niyyəti daha açıq şəkildə özünü göstərməkdədir. Çinin həmçinin  sərhədi yaxınlığındakı kiçik adalara da nəzarət etmək istəyində olması da istisna edilmir.

Haqqında söhbət gedilən Yaponiyaya məxsus Amami adası da məhz materik Çinə yaxın məsafədə yerləşir. Bu mənada Yaponiyanın Pekinin ada ətrafında atdığı addıma etiraz etməsi gözlənilən idi. Lakin yaranmış situasiyanın Çin-Yaponiya savaşına çevrilməsi ehtimalı isə sıfıra bərabərdir. 

Proses göstərir ki, tərəflərdən hər hansı birinin bu savaşda maraqlı deyillər. Çinin sözügedən adanı ələ keçirmək üçün Yaponiya ilə müharibəyə başlaması fonunda birmənalı şəkildə aydındır ki, Tokionun müttəfiqi ABŞ ona dəstək verəcək. Bu isə Çinlə  ABŞ arasında birbaşa toqquşmaya gətirib çıxara bilər. 

Belə olacağı bəlli olduğu təqdirdə, Pekin  çəkin ki, kiçik bir adaya görə, Yaponiya ilə müharibəyə baş vursun. Çin indilikdə heç Tayvana hücum etməyə o qədər də cürət etmir. Yenə də məhz ABŞ-ın bölgədə olması səbəbindən. O ki qaldı, Yaponiyaya məxsus adanı ələ keçirmək niyyətinə düşsün. 

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
50
qaynarinfo.az

1Источники