RU

“Krım körpüsü hədəf olaraq qalmalıdır” Ukraynalı ekspert

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Ukraynalı hərbi ekspert Mixail Jiroxov hesab edir ki, Rusiya tərəfindən qanunsuz inşa olunan Krım körpüsü mütləq hədəf olaraq qalmalıdır. Onun sözlərinə görə, körpünü tamamilə dağıtmaq çətin olsa da, belə bir addım Kremlin imicinə çox böyük zərbə vurar.

“Krım körpüsünü dağıtmaq texniki baxımdan çox çətindir, çünki körpü 2,5–3 dəfə artıq möhkəmliklə tikilib. Amma informasiya baxımından bu, Putin üçün çox ciddi itki olar. Rusiya Krımı işğal etdikdən sonra körpünü öz gücünün simvolu kimi təqdim edib və ruslar bununla hələ də fəxr edirlər. Bu körpünün məhv edilməsi isə ilk siqnal ola bilər ki, Putinin hakimiyyəti əbədi deyil və zəifləyə bilər”, – deyə Jiroxov “Radio NV”yə açıqlamasında bildirib.

Ekspert əlavə edib ki, hərbi baxımdan ruslar körpü üzərindən raket və mərmi daşımırlar, lakin təbliğat nöqteyi-nəzərindən bu, tamamilə başqa səviyyədə təsir göstərərdi.

UNİAN-ın məlumatına görə, Rusiya hazırda körpünün müdafiəsini gücləndirməyə çalışır. Ukrayna qüvvələrinin dəfələrlə hücumlarına məruz qalan körpü xeyli zədələnib.

Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin direktoru Dmitri Jmaylo bildirib ki, hazırda Rusiyanın bütün fəaliyyət göstərən hava hücumundan müdafiə sistemləri Krımın şərqində yalnız Krım körpüsünü qorumaq üçün cəmləşdirilib.

Qərb ekspertləri də yeni hücum ehtimalını istisna etmir. Britaniyalı analitik Maykl Klark “Sky News”a açıqlamasında bildirib ki, Ukrayna yaxın vaxtlarda Krıma, o cümlədən Krım körpüsünə qarşı “iri miqyaslı hücum” həyata keçirə bilər. 

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
azpolitika.info

1Источники