Bizimyol saytına istinadən ain.az xəbər verir.
“MİDA” MMC elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Tender Yasamal-1 və Hövsan-1 yaşayış komplekslərində təmir işlərinin həyata keçirilməsi məqsədilə keçirilib.
Nəticəyə əsasən, tenderin qalibi “CMT Group” MMC (VÖEN: 1001879941) olub.
Qalib şirkətə 4 126 436 AZN ödəniş ediləcək.
Qeyd edək ki, “CMT Group” MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Eynar Hacı Vuqar oğludur. Hüquqi ünvanı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşir. Şirkətin vergi borcu 1 975 502 AZN təşkil edir.(fed.az)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.