RU

Türk liderdən mühüm sözlər: azərbaycanlıları da risk gözləyir Çıxış yolu

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təhsil sahəsində süni intellektin istifadəsi bağlı sözləri diqqət çəkib. O bildirib ki, tələbələr yalnız AI cavablarına güvəndikdə tənqidi düşünmə və təhlil bacarıqlarını itirə bilərlər. Digər tərəfdən, bu vəziyyətin həm də Azərbaycanda müşahidə edildiyi bildirilir. Düşünülür ki, hazırda xüsusilə təhsil sahəsində süni intellektə bel bağlayanların sayı çoxalır.

Süni intellektlə bağlı risklər nədən ibarətdir? Tokayevin xəbərdarlığı bizim üçün də keçərli olmalıdırmı?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, süni intellektin təhsildə istifadəsi böyük imkanlar açsa da, müəyyən riskləri də qaçılmaz edir:

“Tələbələr yalnız süni intellektin təqdim etdiyi cavablara güvəndikdə öz analitik və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyi ikinci plana keçirirlər. Bu isə gələcəkdə müstəqil qərarvermə qabiliyyətinin zəifləməsinə, yaradıcılığın məhdudlaşmasına və dərin təhlil vərdişlərinin itirilməsinə gətirib çıxara bilər. Tokayevin xəbərdarlığı bu baxımdan tamamilə əsaslıdır və Azərbaycanda da eyni risklər mövcuddur”.

Elvin Abbasov

Ekspert bildirib ki, xüsusilə təhsil müəssisələrində süni intellektdən istifadə edərkən balanslı yanaşma vacibdir:

“Yəni AI alətləri tədris prosesini dəstəkləyən əlavə vasitə kimi çıxış etməli, amma bilik və bacarıqların əsas mənbəyi olmamalıdır. Bu məqsədlə müəllimlərin və tələbələrin süni intellektdən düzgün istifadəsinə dair metodoloji göstərişlər hazırlanmalı, AI ilə yanaşı tənqidi düşünmə, məntiqi analiz və müstəqil öyrənmə bacarıqları tədrisdə ön plana çəkilməlidir. Beləliklə, süni intellektin imkanlarından imtina etmədən, eyni zamanda onun yaratdığı asılılıq risklərini idarə etmək üçün xüsusi tədbirlər görülməlidir. Əks halda, texnologiya təhsilə dəstək olmaq əvəzinə, düşüncə və yaradıcılıq gücünü zəiflədən bir vasitəyə çevrilə bilər”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
globalinfo.az

1Источники