Milli.Az xəbər verir ki, doğuşu gerçəkləşdirən həkim Pərvin Xəlilova düzgün doğuşu yerinə yetirilmədiyini və doğuşdan sonra öz cinayət xarakterli əməllərini pərdələmək məqsədilə ananı ittiham eddiyi iddia edilir.
Həmçinin, zərərçəkənin yaxını sosial şəbəkələrdə bildirib ki, həkim Azərbaycan Tibb Universitetini deyil, BDU-nun biologiya fakültəsini bitirib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, vətəndaş hər hansı həkimin səhlənkarlığı ilə üzləşdiyini hesab edirsə, bu barədə hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Belə hallarda məhkəmə-tibbi ekspertiza təyin olunur və yalnız rəsmi ekspertiza nəticəsində müalicə prosesinə obyektiv qiymət verilir:
"Həkim Pərvin Xəlilovanın təhsili ilə bağlı iddialara gəldikdə sosial şəbəkələrdə yayılan iddiaların əksinə olaraq, Pərvin Rövşən qızı Xəlilova 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib (Diplom № BB-I N 001073). O, 2009-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda mamalıq və ginekologiya üzrə ixtisasartırma kursunu başa vurub. Hazırda onun adı Səhiyyə Nazirliyinin "Tibb İşçilərinin Vahid Reyestri"ndə həkim kimi qeydiyyatdadır.
7Источники
-
olaylar.azBiologiya fakültəsinin məzunu Pərvin Xəlilova həkim işləyir? - RƏSMİ CAVAB ( 21978553)
-
pravda.azBiologiya fakültəsinin məzunu Pərvin Xəlilova həkim işləyir? - RƏSMİ CAVAB ( 21977944)
-
musavat.comBiologiya fakültəsinin məzunu Pərvin Xəlilova həkim işləyir? - RƏSMİ CAVAB ( 21976807)
-
demokrat.azBiologiya fakültəsinin məzunu Pərvin Xəlilova həkim işləyir? —RƏSMİ CAVAB ( 21976240)
-
editor.azPərvin Xəlilova biologiya fakültəsinin məzunu həkim işləyir? – RƏSMİ CAVAB ( 21975298)
-
news.milli.azPərvin Xəlilova biologiya fakültəsinin məzunu həkim işləyir? RƏSMİ CAVAB ( 21975193)
-
milli.azPərvin Xəlilova biologiya fakültəsinin məzunu həkim işləyir? - RƏSMİ CAVAB ( 21975124)