RU

Çernobıl AES-in sarkofaqı Rusiyanın zərbəsindən sonra elektriksiz qalıb

Ukraynanın Energetika Nazirliyi bildirib ki, Rusiya hərbçilərinin Kiyev vilayətinin Slavutiç yarımstansiyasına endirdiyi zərbədən sonra Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunun üzərindəki sarkofaq işıqsız qalıb.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, hazırda mütəxəssislər enerjinin bərpası üzərində işləyirlər.

Bildirlir ki, Çernobıl AES Rusiya pilotsuz təyyarəsinin hücumuna məruz qalıb.

Stansiyanın dağıdılmış 4-cü blokunu əhatə edən müasir sarkofaq olan New Safe Confinement ətraf mühitə radioaktiv materialların buraxılmasından qorunmaqda əsas rol oynayır.

Ukrayna hakimiyyəti radiasiya səviyyəsinin dəyişmədiyinə aydınlıq gətirib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, yarımstansiya oktyabrın 1-də axşam saatlarında qəzaya uğrayıb. Təkcə Slavutiç deyil, həm də qonşu Çerniqov vilayətinin bir neçə kəndi işıqsız qalıb, enerji fasilələrlə verilib.

Musavat.com

 

Избранный
9
1
musavat.com

2Источники