RU

Musa Qurbanlı Qarabağ ın Çempionlar Liqasındakı çıxışı haqda: Düşünmürəm ki, bunlar təsadüfi qələbədir

Sportal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Qarabağ"ın hücumçusu Musa Qurbanlı Sportal.az saytına açıqlama verib.

O, komandasının Çempionlar Liqasının 2-ci turunda "Kopenhagen"ə 2:0 qalib gəlməsini şərh edib:

"Ölkəmiz adına daha bir qələbə qazandıq. Bunu tarixi qələbə adlandırmaq olar. Ona görə çox sevincliyik. Şükürlər olsun ki, qalibiyyət əldə etdik. Xalqımıza bu qələbəni hədiyyə etdik. Hər zaman istəyirik ki, azarkeşlərimizi bu cür qələbələrlə sevindirək. Bəlkə də, çoxları "Qarabağ"ın 2 oyuna 6 xal toplayacağını gözləməzdi. Ola bilər ki, özümüz də gözləməzdik. Görünür ki, futbolda hər şey baş verə bilir. Hər şey də Allahın əlindədir. Biz özümüz də yaxşı oyun nümayiş etdiririk. Düşünmürəm ki, bunlar təsadüfi qələbələr idi. Özünüz də oyunlara baxsaz, layiqli qələbələr qazanmışıq. Bu da o deməkdir ki, komandamız yaxşı oyun nümayiş etdirir, yaxşı formadayıq. Çalışacağıq ki, bunu qoruyub-saxlayaq".

Ağdam klubunun forvardı ÇL-in 3-cü turunda qarşılaşacaqları "Atletik"lə(Bilbao) oyun haqda isə bunları deyib:

"Atletik"lə görüşdə yaxşı oyun və yaxşı nəticəni davam etdirmək? Əlbəttə, işimiz odur. Maksimum dərəcədə nə bacarırıqsa, davam etdirməyə çalışacağıq. Futboldur, hər şey ola bilər. Əlimizdən gələni etdirməliyik. İstəmirik ki, bu qələbələr bizi başqa fikirlərə yönəltsin, yaxud da eyforiyaya qapılaq. Çalışırıq ki, növbəti matça köklənək. Bunu da edəcəyik. Hər növbəti matça fokuslanacağıq".

Mirbağırağa

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
2
sportal.az

3Источники