RU

İllər sonra bir araya gəldilər: Türkiyə Böyük Millət Məclisindəki fotonun PƏRDƏARXASI

Dünən axşam Türkiyə Böyük Millət Məclisində təşkil edilən ziyafətdə prezident Ərdoğanın Əhməd Davudoğlu və Əli Babacanla çəkdirdiyi foto böyük səs-küyə səbəb olub.

Pərdə arxasından gələn xəbərlərə görə, qəbulda hər kəsi salamlayan Ərdoğan Davudoğlu və Babacanı da yanına dəvət edib. Bir müddət söhbət etdikdən sonra iki şəxs qrup fotosunda Ərdoğanın yanında əyləşib.

Yıllar sonra yan yana geldiler! İşte TBMM’deki ses getiren fotoğrafın perde arkası

Türkiyə Böyük Millət Məclisi (TBMM) iki ay yarımlıq fasilədən sonra işini bərpa edib.

TBMM sədri Numan Kurtulmuş 4-cü qanunvericilik ilinin 28-ci dövrünün açılışı münasibətilə dünən axşam parlamentdə ziyafət verib. Mərasim salonuna bitişik Mərmər salonda liderlər zirvəsinin də keçirildiyi qəbulda prezident Ərdoğan da iştirak edib.

Yıllar sonra yan yana geldiler! İşte TBMM’deki ses getiren fotoğrafın perde arkası

Zirvənin ən diqqət çəkən məqamı isə prezident Ərdoğan, Əhməd Davudoğlu və Əli Babacanın illər sonra ilk dəfə yan-yana oturmasıolub. Davudoğlu və Babacan, DEM Partiyasının həmsədrləri Tuncer Bakırhan və Tülay Hatimoğulları ilə birlikdə Ərdoğanın yanında əyləşiblər.

Избранный
13
1
veteninfo.az

2Источники