“YouTube”da yayımlanan Soyuq Müharibə proqramında səsləndirdiyi sözlərə görə həbs edilən aparıcı Boğaç Soydemir və həmin sözlərə gülən qonaq Enes Akgündüzün məhkəməsi keçirilib.
News365.az xəbər verir ki, İstanbul 43-cü Asliye Cəza Məhkəməsində baş tutan ilk iclasda hər iki şəxsin həbslərinin davamına qərar verilib. Məhkəmə prosesi 24 oktyabra təxirə salınıb.
Xatırladaq ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu 22 sentyabrda Soydemir və Akgündüz barəsində “xalqı kin və düşmənçiliyə təhrik və ya alçaltma” ittihamı ilə istintaq başladıb.
23 sentyabrda ifadə verən hər iki şəxs “mətbuat və yayın yolu ilə xalqı kin və düşmənçiliyə alenen təhrik etmək” ittihamı ilə həbs olunub.
24 sentyabrda isə onlara qarşı 4,5 ilə qədər həbs cəzası tələb olunan ittihamnamə hazırlanıb.
İttihamda qeyd olunub ki, video məzmunu kin və düşmənçiliyi, ayrı-seçkilik və nifrəti təşviq edir, yayımlandıqdan sonra sosial mediada geniş rezonans doğurub və “ictimai təhlükəsizlik üçün açıq və yaxın təhdid” yaradıb.
News365.az