Penitensiar Xidmətinin Mühafizə Alayının komandir müavini-Qərargah rəisi Vüqar Novruzov həqiqi hərbi xidmətdə olmanın son yaş həddinə çatdığına görə ehtiyata buraxılıb.
Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Vüqar Novruzov uzun illər Penitensiar Xidmətin mühafizə taborunun komandiri və digər vəzifələrdə çalışıb.