RU

Milli Məclisin sədri “Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində bir sıra görüşlər keçirib

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti "Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak etmək üçün Cənubi Afrika Respublikasının Keyptaun şəhərində işgüzar səfərdədir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbir çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl, Sinqapur Parlamentinin sədri Seah Kian Penq, Avstraliya Parlamentinin Nümayəndələr Palatasının sədri Milton Dik ilə görüşüb.

Söhbətlərdə sammitin əhəmiyyəti vurğulanıb, həmçinin ölkələrimiz və parlamentlərimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Избранный
30
6
sia.az

10Источники