RU

Tiktoker “Eliş” HƏBS OLUNDU

Sosial şəbəkələrdə əxlaqa zidd paylaşımlar edən və cəmiyyətə hörmətsizlik nümayiş etdirən şəxslərə qarşı tədbirlər davam etdirilir.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, polis tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində 1992-ci il təvəllüdlü, “Eliş” ləqəbi ilə tanınan 33 yaşlı TikTok fenomeni Elsevər Nəbiyev saxlanılıb.

Onun Bakının Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində çəkiliş zamanı tutulduğu bildirilir.

Ə.Nəbiyev barəsində qeyri-əxlaqi davranışı təbliğ etməsi səbəbindən İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 və 510-cu maddələri üzrə protokol tərtib olunub. Səbail Rayon Məhkəməsinin qərarı ilə o, 30 sutka inzibati həbs cəzası alıb.

Qeyd edək ki, Elsevər Nəbiyev daha əvvəl də oxşar hərəkətlərinə görə məsuliyyətə cəlb olunub.

Bizim.Media

Избранный
18
bizim.media

1Источники