RU

Nazir oğluna məxsus “məktəbli avtobuslar”ındakı qiymətlər narazılıq yaradıb

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi, oktyabrın 1-dən etibarən Bakıda məktəblilərin daşınması məqsədilə həyata keçirilən “2school” layihəsinin icrasına başlanılıb.

Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlarda valideynlərin aylıq abunə haqqından narazılıq etdiyi görülür.

Qeyd edək ki, pilot mərhələdə layihə 8 dövlət və 3 özəl məktəb olmaqla ümumilikdə 11 təhsil müəssisəsini əhatə edir. Şagirdlərin daşınması üçün nəzrdə tutulan aylıq abunə haqqı məsafədən və gedişdən asılı olaraq 80-240 manat arasında dəyişir. Məsələn, bir şagirdi 5-10 km uzaqlıqda yerləşən məktəbə bir ay aparıb-gətirmək üçün valideyndən 180 manat ödəniş alınır. Bu isə o deməkdir ki, 5 günlük iş həftəsi olan məktəblərdə oxuyan şagirdlər üçün gündəlik yol pulu 8,2 manat (180/22 gün) təşkil edəcək. Müqayisə üçün bildirək ki, bu qiymət paytaxt ərazisində fəaliyyət göstərən taksi xidmətlərinin qiymətinə bərabərdir. Belə ki, əksər taksi xidmətlərində 1 km. məsafə üçün gediş haqqı təxminən 70-80 qəpik arasında dəyişir.

Məlumat üçün bildirək ki, “2school” SABAH.HUB İnnovasiya Mərkəzinin “SABAH studio”  layihəsinə bağlı startapdır. SABAH.HUB İnnovasiya Mərkəzinin rəhbəri xarici işlər naziri Ceyhun Bayramovun oğlu Rəhim Bayramlıdır.Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
9
yeniavaz.com

10Источники