RU

Ermənistan parlamenti “soyqırım” qanun layihəsini rədd etdi

Ermənistan parlamenti “Ermənistan” müxalifət blokunun təqdim etdiyi və “erməni soyqırımı”nın inkarını cinayət məsuliyyətinə cəlb etməyi nəzərdə tutan qanun layihəsini təsdiqləməyib.
 
Sitat.info xəbər verir ki, Ermənistan mediası səsvermənin nəticələrini yayıb.
 
58 deputat qanun layihəsinə qarşı, 26 deputat isə lehinə səs verib, 2 deputat bitərəf qalıb.
 
Qanun layihəsinin rədd olunması ölkənin daxili siyasətində və beynəlxalq müstəvidə geniş rezonans doğurub və regional münasibətlər baxımından diqqətəlayiq hadisə kimi qiymətləndirilir.
Избранный
22
2
sitat.info

8Источники