RU

Makron Rusiya neftini daşıyan tankerləri saxlamağı təklif edib

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın neft tədarükündə pozuntu yaratmaq üçün dənizdə Rusiyanın kölgə donanmasına aid tankerləri saxlamağı təklif edib.

7News.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Siz bu yolla onların biznes modelini məhv edirsiniz. Gəmiləri bir neçə gün və ya həftə gecikdirərək, tədarükü başqa şəkildə təşkil etməyə məcbur edirsiniz ki, bu da biznes modelinin effektivliyini azaldır, ona görə də bunu vacib sayıram. Çünki bu model 2022-ci ildən əvvəl hazırlanmışdı, amma indi o, tamamilə sənayeləşib. Mən isə "istəklilər koalisiyası” çərçivəsində NATO ilə sıx əməkdaşlıq edərək bu birgə fəaliyyətləri necə optimallaşdırmaq barədə işləməyi təklif edirəm”, - deyə Makron Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısının açılışında bildirib.

Onun çıxışını Avropa Komissiyasının mətbuat xidməti yayımlayıb.

Makron nümunə olaraq Fransanın öz sahillərində Rusiya limanından Hindistana gedən tankerə məhdudiyyət tətbiq etməsini göstərib. Onun sözlərinə görə, bu cür tədbirlər ölkə sahillərində "kölgə donanması”nın mövcudluğunu yoxlamağa, həmçinin gəmilərin beynəlxalq qaydalara uyğunluğunu müəyyənləşdirməyə imkan verir.

 

Избранный
13
5
7news.az

6Источники