RU

Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Real"ın hücumçusu Kilian Mbappe həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Fransalı forvard UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun əsasında qalib olub. Mbappe Erlinq Haaland ("Mançester Siti"), Rasmus Hoylund ("Napoli") və Yens-Petter Heuqeni ("Bodo-Qlimt") qabaqlayıb.

Qeyd edək ki, Kilian Mbappe "Real"ın səfərdə "Kayrat"ı 5:0 hesabı ilə məğlub etdiyi matçda 3 qol vurub.

saytlarin hazirlanmasi

Избранный
25
1
sportal.az

2Источники