RU

Türkiyədə 30 şagird ZƏHƏRLƏNDİ

Türkiyədə məktəbdə şagirdlər zəhərlənib.

News365.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, Çorumda məktəbdə 30 şagird yemək üçün bir restorandan toyuq dönər sifariş edib. Bir müddət sonra onlarda ürəkbulanma, qarın ağrısı və qusma kimi əlamətlər müşahidə olunub. 

Şagirdlərin halının pisləşdiyini görən müəllimlər dərhal Təcili Yardım Mərkəzinə məlumat veriblər. Məlumat əsasında məktəbə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Şagirdlər zəhərlənmə şübhəsi ilə şəhərdəki müxtəlif xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Избранный
17
news365.az

1Источники