RU

Filipp Kirkorovdan 14 yaşlı qızına QADAĞA

Rusiyanın xalq artisti Filipp Kirkorov qızına pirsinq etdirməyə icazə vermədiyini etiraf edib.

Far.Az xəbər verir ki, o bu barədə "Voice" telekanalına müsahibəsində bildirib.

Sənətçi qeyd edib ki, qızı Alla-Viktoriyaya pirsinq etdirmək olmaz:

"Mən deyirəm ki, hələ yox... Nə olduğunu başa düşənə qədər. Mən bunu çox gec başa düşdüm və müəyyən yaşa qədər bunu heç qəbul edə bilmədim. Sonra dünyagörüşüm dəyişdi".

O, qastrol səfərində olmayanda qızına və oğluna vaxt ayırmağa çalışdığını deyib. İfaçı övladlarına ailə dəyərlərini aşılayıb, nəyin doğru, nəyin yanlış olduğunu izah edib.

Kirkorov surroqat ana vasitəsilə iki uşağa sahib olub. Onun böyük qızı Alla-Viktoriya 2011-ci ildə, oğlu Martin isə 2012-ci ildə doğulub.

Alla-Viktoriya və Martin 2025-ci ilə qədər Dubayda İsveçrə Beynəlxalq Elmi Məktəbində təhsil alıblar. Onlar hazırda Rusiyada oxuyurlar.

Избранный
12
1
far.az

2Источники