RU

İstanbulda güclü zəlzələ OLDU

Mərmərə dənizində 5 bal gücündə zəlzələ baş verib.

Redaktor.az ntv.com.tr-yə istinadla xəbər verir ki, saat 14:55-də baş verən zəlzələ Tekirdağın Marmaraereğlisi sahillərində baş verib. Zəlzələ ətraf vilayətlərdə, o cümlədən İstanbulda hiss olunub.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya AFAD (Fəlakət və Fövqəladə Hallar İdarəsi) və əlaqədar qurumların sahə işlərinə başladığını bildirib.

Tekirdağ valisi Rəcəb Soytürk şəhər daxilində heç bir mənfi hadisənin aşkar edilmədiyini bildirib.

İstanbul valiliyi zəlzələ ilə bağlı sosial mediada açıqlama yayıb və İstanbulda hər hansı dağıntının qeydə alınmadığını bildirib.

"Bizim sahə qruplarımız bütün şəhərdə araşdırmalara başlayıb", - məlumatda deyilir. “Vətəndaşlarımızdan xarab olduğu güman edilən tikililərə yaxınlaşmamalarını və aidiyyəti qurumların açıqlamalarına əməl etmələrini xahiş edirik”.

Zəlzələnin ardından Prof.Dr.Okan Tüysüz, "Mərmərə dənizində bir zəlzələdir. Bir az cənubda görünür. Daha əvvəl yaşadığımız 6,2 bal gücündə zəlzələdən bir az uzaqda görünür" deyib.

Tüysüz, Mərmərə dənizində bir neçə çatın olduğunu açıqlayaraq, "Onlardan biri qopmuş ola bilər. Bunun böyük bir zəlzələ əlaməti olduğunu düşünmürəm. Ana qoldan kənarda görünür" bildirib.

Turan İSMAYIL

Избранный
18
redaktor.az

1Источники