DÇ-2026-nın final matçı üçün nəzərdə tutulan bilet qiymətlərini açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu brədə "The Athletic" məlumat yayıb.
Finalın ən bahalı biletlərinin qiyməti 6730 dollar təşkil edəcək. Ən ucuz biletlərin isə qiyməti 2030 dollardır. Bildirilib ki, qrup mərhələsinin matçlarına bilet qiymətləri 60-620 dollar arasında dəyişir.
Azarkeşlər qrup mərhələsinin oyunlarında 4 kateqoriya üzrə bilet ala bilərlər:
1-ci kateqoriya: 410 dollardan 620 dollara qədər
2-ci kateqoriya: 310 dollardan 465 dollara qədər;
3-cü kateqoriya: 140 dollardan 215 dollara qədər;
4-cü kateqoriya: 60 dollardan 105 dollara qədər.
DÇ-2026-nın final mərhələsi gələn il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
Turnirdə ilk dəfə olaraq 48 milli komanda mübarizə aparacaq. Mundialın final oyunu ABŞ-ın Nyu-Cersi ştatındakı “Metlife Stadium”da keçiriləcək.