RU

Rövşən Nəcəf: “Bu tarixi qərar idmana göstərilən xüsusi qayğının göstəricisidir”

FIFA İcraiyyə Komitəsi 20 yaşadək futbolçulardan ibarət komandalar arasında 2027-ci ildə keçiriləcək dünya çempionatının Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi etməsinə dair qərar verib.

AFFA-nın prezidenti Rövşən Nəcəf bu qərarla bağlı paylaşım edib:

“FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsi Azərbaycan və Özbəkistanda keçiriləcək.

Bu mühüm və tarixi qərar dövlət başçıları arasında mövcud olan dostluq münasibətlərinin, ölkələrin rifahına və inkişafına yönələn siyasətin, həmçinin hər iki ölkədə idmana göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir.

Dəstəyə görə FIFA prezidenti Canni İnfantinoya və İcraiyyə Komitəsinin üzvlərinə təşəkkürümü bildirirəm”.

İdman.biz

Избранный
13
22
idman.biz

10Источники