RU

Çörəyin kiflənməsinin qarşısını almağın qeyri-adi üsulu açıqlanıb

TikTok istifadəçisi Katya Makl çörəyin vaxtından əvvəl kiflənməsinin qarşısını almaq üçün maraqlı və ucuz üsul təqdim edib.

E-saglam.az xəbər verir ki, Makl çörəyi kərəvizlə birlikdə saxlamağı tövsiyə edir.

Onun sözlərinə görə, çörək torbasına bir neçə kərəviz çubuğu qoyduqda məhsul iki-üç həftə ərzində nə quruyur, nə də kiflənir:

“Kərəviz çörəyin nəmini qoruyur və kif əmələ gəlməsinin qarşısını alır".

Makl əlavə edib ki, bu üsul çörəyin nə dadını, nə də qoxusunu dəyişmir. Sosial şəbəkə izləyiciləri isə başqa bir faydalı üsulla bölüşüblər: çörəyi donduraraq saxlamaq və yeməkdən bir gün əvvəl çıxarmaq.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
29
e-saglam.az

1Источники