Xankəndi, 2 oktyabr, AZƏRTAC
Bu gün kamandan oxatma yarışlarında ilk mərhələni keçdim. Bunun üçün sevinirəm və qürurluyam.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı III MDB Oyunlarının Xankəndi şəhər stadionunda təşkil olunan kamandan oxatma yarışında çıxış edən Azərbaycan idmançısı Nilufər Ağaməmmədli deyib.
“Ümid edirəm ki, yarışın qalan günlərində də komandamızla birgə qələbələr əldə edəcəyəm”, - deyə o bildirib.