RU

Putindən NATO ilə bağlı gözlənilməz açıqlama: İki dəfə rədd etdilər

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Rusiya iki dəfə NATO-ya üzvlüyə hazır olduğunu bəyan edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında deyib.

O bildirib ki, SSRİ, daha sonra isə Rusiya NATO-ya daxil olmağa hazır idi, lakin hər iki dəfə onlara rədd cavabı verilib.

“Ümumi təhlükəsizlik məkanı yaratmağa çalışan ölkəmiz iki dəfə NATO-ya qoşulmağa hazır olduğunu bəyan edib: birinci dəfə 1954-cü ildə, ikinci dəfə ABŞ prezidenti Bill Klintonun prezidentliyi dövründə (1993-cü ildən 2001-ci ilə qədər -red) onun Moskva səfəri zamanı bu barədə danışmışdım”, – Putin bildirib.

Onun sözlərinə görə, Rusiya Qərb tərəfdaşları ilə birgə işləməyə hazır idi, lakin onlar öz stereotiplərindən əl çəkmək istəmirdilər.

“Biz birlikdə işləməyə, təhlükəsizlik və qlobal sabitlik sahəsində addımlar atmağa hazır idik, lakin qərbli həmkarlarımız özlərini geosiyasi və tarixi stereotiplərin əsarətindən xilas etmək istəmirdilər”, – Putin vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
2
globalinfo.az

3Источники