Azərbaycan I Liqasında 4-cü turun qarşılaşmaları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

"Şəfa" MOİK-lə qarşılaşıb və rəqibini 4:1 hesabı ilə məğlub edib. Onlar 4-cü görüşdən də qələbə ilə ayrılıb.

"Səbail" isə bu mövsüm ilk dəfə xal itirib. Onlar "Şimal"la qolsuz heç-heçə oynayıb.

"Zaqatala" və "Baku Sportinq" arasındakı matç da bərabərliklə başa çatıb - 1:1.

Bu, nəticələrdən sonra itkisiz irəliləyən "Şəfa" vahid lider olub. "Səbail" 10 xalla 2-cidir.

"Baku Sportinq" 8 xalla üçlüyü qapayır.