RU

MDB Oyunları: Batut gimnastikası üzrə Azərbaycan millisi gümüş medal qazanıb

Bakı. Trend:

III MDB Oyunlarında batut gimnastikası üzrə yarışın ikincigünündə qadın, kişi və qarışıq cütlüklərin sinxron proqramdatəsnifat mərhələsi yekunlaşıb.

Azərbaycan Gimnastikas Federasiyasından Trend-ə verilən məlumatagörə, ölkəmiz sinxron proqramda üç kateqoriyada təmsil olundu:qadın cütlüklər – Selcan Mahsudova və Şəfiqə Hümbətova, kişi cütlükMaqsud Mahsudov və Hüseyn Abbasov, qarışıq cütlük – SelcanMahsudova və Maqsud Mahsudov.

Komanda hesabında baş tutan mükafatlandırma mərasimindətəmsilçilərimiz Maqsud Mahsudov, Mehdi Əliyev, Nicat Mirzəyev vəHüseyn Abbasov gümüş medalın sahibi oldular.

Избранный
15
1
az.trend.az

2Источники