“Neftçi” Misli Premyer Liqasının 7-ci turunda qarşılaşacağı “Zirə” klubu ilə görüşün hazırlığını başa vurub.
Bizim.Media xəbər verir ki, komandanın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Artıq cəza müddəti başa çatan müdafiəçi İqor Ribeyro zirəlilərlə matçda iştirak edə bilər.
Qeyd edək ki, oktyabrın 3-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 19:30-da başlanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта