RU

Rövşən Nəcəfdən FIFA nın tarixi qərarına reaksiya

Metbuat saytına istinadən ain.az xəbər verir.

AFFA prezidenti Rövşən Nəcəf FIFA prezidenti Canni İnfantinoya təşəkkür edib.

Metbuat.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

"FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsi Azərbaycan və Özbəkistanda keçiriləcək. Bu mühüm və tarixi qərar dövlət başçıları arasında mövcud olan dostluq münasibətlərinin, ölkələrin rifahına və inkişafına yönələn siyasətin, həmçinin hər iki ölkədə idmana göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir. Dəstəyə görə FIFA prezidenti Canni İnfantinoya və İcraiyyə Komitəsinin üzvlərinə təşəkkürümü bildirirəm", - paylaşımda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
22
metbuat.az

10Источники