"Tomahawk" qanadlı raketlərinin Ukraynaya mümkün tədarükü döyüş meydanında heç nəyi dəyişməyəcək...
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir putin Valday Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bir vaxtlar Ukrayna ordusunun əlində ATACMS raketləri olub və Rusiya onları necə vurmağı öyrənib.
Putin bildirib ki, "Tomahawk"ların Kiyevə çatdırılması baş versə belə, xüsusi hərbi əməliyyat zonasında qüvvələr balansını dəyişməyəcək.
Putin qeyd edib ki, Ukrayna ordusunu nə qədər silahla təmin etsələr də, bunu nəticəsi olmayacaq: "Ukrayna Silahlı Qüvvələrini nə qədər dron ilə təmin etsəniz də, şəxsi heyət yoxdursa orada döyüşəcək heç kim yoxdur".
Rusiya prezidenti vurğulayıb ki, ABŞ-ın iştirakı olmadan "Tomahawk"lardan istifadə mümkün deyil. O, "Tomahawk" tədarükləri ilə bağlı bəyanatları təhlükəli adlandırıb və bunun ABŞ ilə münasibətlərə xələl gətirəcəyini vurğulayıb.
Poliqon.info