RU

ntonio Koşta İlham Əliyevi təbrik etdi

Avropa İttifaqı Şurasının liderləri avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına görə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalının Prezident İlham Əliyevin Kopenhagendə Avropa İttifaqı Şurasının sammitində iştirakına həsr olunmuş süjetdə bəhs edilir.

Bildirilir ki, Prezident İlham Əliyevin sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşü olub.

Azərbaycan Prezidentini təbrik edənlər arasında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta da olub.

"Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı təbrik etmək istəyirəm. Əldə etdiyiniz sülh Avropa üçün önəmli andır" , - deyə o vurğulayıb.

Избранный
30
6
publika.az

10Источники