RU

“Roma” gözlənilmədən öz meydançasında məğlub olub - VİDEO

Avropa Liqasının II turunun “Roma” (İtaliya) – “Lill” (Fransa) oyunu başa çatıb.

İdman.biz xəbər verir ki, Romadakı “Olimpiko” stadionunda baş tutan qarşılaşma 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

6-cı dəqiqədə matçda yeganə qolu “Lill”in yarımmüdafiəçisi Haakon-Arnar Haraldsson vurub. 82-ci dəqiqədə "Lill"in qapısına penalti zərbəsi təyin olunub. "Roma"nın oyunçusu Artyom Dovbik 3 cəhddə topu fransızların qapısından keçirə bilməyib.

Növbəti mərhələdə “Roma” “Viktoriya Plzen”lə (23 oktyabr), “Lill” isə PAOK-la (23 oktyabr) qarşılaşacaq.

Builki Avropa Liqasının finalı İstanbuldakı “Beşiktaş” stadionunda keçiriləcək. Turnirin həlledici oyunu 2026-cı il mayın 20-də baş tutacaq. Hazırda Avropa Liqasının qalibi “Tottenhem Hotspur”dur.

İdman.biz

Избранный
40
idman.biz

1Источники