RU

Bolqarıstan prezidenti xüsusi xidmət rəhbərlərini təyin etmək hüququndan məhrum edildi

Bolqarıstan parlamenti ölkə prezidentinin xüsusi xidmət rəhbərlərini təyin etmək səlahiyyətini ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb.

Məlumata görə, Dövlət Milli Təhlükəsizlik Agentliyi və digər xüsusi xidmətlər haqqında qanuna edilən dəyişikliklər əksəriyyət tərəfindən iki oxunuşda qəbul olunub.

Bolqarıstan Prezidenti Rumen Radev yeniliyin xüsusi xidmətlərin siyasətçilərin təsirinə tabe olmasına gətirib çıxaracağını bildirib. O hesab edir ki, bu qurumlardan yalnız seçkilərdə manipulyasiyalar üçün deyil, həmçinin maliyyə pozuntularının araşdırılması və rəqib siyasi qüvvələrə qarşı kompromat toplamaq üçün istifadə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
17
1
olaylar.az

2Источники