RU

DÇ 2026 nın topu təqdim olundu

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

FİFA 2026-cı ildə keçiriləcək dünya çempionatının rəsmi topunu təqdim edib. Sport24.az xəbər verir ki, ali futbol qurumu bununla bağlı rəsmi saytında məlumat yayıb.

Dizaynda üç rəng istifadə olunub - qırmızı, mavi və yaşıl. Bu da yarışların ev sahibi olan ölkələri simvolizə edir. Topun adı "TRİONDA"-dır.

Qeyd edək ki, gələn il ABŞ, Meksika və Kanada da təşkil olunacaq mundialda 48 milli komanda iştirak edəcək və hər biri dörd komandadan ibarət 12 qrupa bölünəcəkdir. Pley-off mərhələsində ilk iki yeri tutan iştirakçılar, eləcə də üçüncü yeri tutan ən yaxşı səkkiz kollektiv yer alacaq. Bundan əlavə, 2026-cı ilin dünya çempionatında yeni mərhələ - 1/16 final əlavə olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
54
2
sport24.az

8Источники