RU

Tramp: ABŞ narkokartellərlə silahlı münaqişə vəziyyətindədir

BAKI, 3 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin narkokartellərlə silahlı münaqişə vəziyyətində olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Tramp Konqresə göndərdiyi müraciətdə yeni statusun Karib dənizində kartellərə məxsus gəmilərə endirilən zərbələrə hüquqi əsas yaratdığını bildirib. Onun sözlərinə görə, kartel üzvlərinin fəaliyyəti ABŞ-yə silahlı hücum kimi qiymətləndiriləcək.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində azı iki sürətli qayıq məhv edib. Qayıqlarda ümumilikdə 14 nəfərin olduğu və onların Venesueladan narkotik daşıdığı iddia olunur.

Избранный
25
22
teleqraf.com

10Источники