RU

MDB Oyunları: Bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək

III MDB Oyunları çərçivəsində bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək.

Publika.az xəbər verir ki, Qəbələ şəhər stadionunda 3-4 və 5-6-cı yerlər uğrunda oyunlar təşkil olunacaq.

Belarus və Tacikistan milliləri bürünc medal üçün yarışacaq. Digər görüş isə Özbəkistan və Qırğızıstan arasında baş tutacaq.

Qəbələdə həmçinin qız və oğlan badmintonçuların fərdi, qoşa və qarışıq qoşa yarışları davam edəcək.

Yevlax Olimpiya İdman Kompleksində 46, 48, 50, 52, 54, 57, 60, 63, 66, 70, 75, 80 və +80 kq çəki dərəcəsində kişi boksçuların yarımfinal görüşləri olacaq.

Şəki Olimpiya İdman Kompleksində azarkeşlər qız və oğlan gimnastların fərdi, həmçinin sinxron proqramda final mübarizəsini izləyəcək.

Gəncə İdman Sarayında qılıncoynadanların mübarizəsi davam edəcək.

Избранный
15
1
publika.az

9Источники