ABŞ-ın Maliyyə Nazirliyi dövlət borcu barədə rekord rəqəmi elan edib. Nazirliyin açıqlamasında deyilir ki, ABŞ-ın dövlət borcu ardıcıl dörd ildir iki trilyon dollardan çox artır, 2025-ci maliyyə ilində isə bu rəqəm rekord həddə - 37.6 trilyon dollara çatıb. "ABŞ-də federal hökumətin maliyyə ili oktyabrın 1-dən sentyabrın 30-dək davam edir. Ötən il ərzində borc 35.46 trilyon dollardan 37.64 trilyon dollara yüksəlib, bu, ölkə üçün yeni rekorddur", - ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
Mətləb Salahov