RU

İsrailə casusluq edən türk saxlanıldı

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin birgə əməliyyatı nəticəsində İsrail kəşfiyyat təşkilatı MOSSAD-da işlədiyi müəyyən edilən şəxs saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə MİT məlumat yayıb 

Bildirilir ki, əsl adı  Muhammet Fatih Keleş olan "Serkan Çiçek" nəzarətə götürülüb. Məlum olub ki, o,  4 min dollar qarşılığında İsrailin Yaxın Şərq siyasətlərinə qarşı çıxan bir fələstinlini izləyirmiş. 

Milli Kəşfiyyat Təşkilatının (MİT) apardığı kəşfiyyat işləri nəticəsində Serkan Çiçeyin İsrail Onlayn Əməliyyatlar Mərkəzinin üzvü Faysal Rəşidlə əlaqəsi olduğu müəyyən edilib. Çiçek İsrailin Yaxın Şərq siyasətlərinə qarşı çıxan fələstinli fəala casusluq etdiyini etiraf edib.

Gülayə Mecid  

Избранный
103
14
unikal.az

10Источники