“İmişli” “Araz Naxçıvan”a, “Neftçi” “Zirə”yə qarşı
Bu gün Misli Premyer Liqasında 7-ci tura start veriləcək.
aia.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Turun açılış matçında “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkəcək. 6 turdan sonra 11 xalı olan Naxçıvan klubu turnir cədvəlində 4-cü, İmişli təmsilçisi isə 8 xalla 7-ci yeri tutur.
Digər görüşdə isə “Zirə” doğma divarlar arasında “Neftçi” ilə üz-üzə gələcək.
6 turdan sonra 12 xalı olan “Zirə” “Turan Tovuz”la birgə şərikli liderdir. Cəmi bir qələbəsi olan “Neftçi” isə 7 xalla 8-ci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
7-ci tur
3 oktyabr
17:00. “Araz-Naxçıvan” - “İmişli” Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev VAR: Rauf Cabarov AVAR: Cəmil Quliyev “Liv Bona Dea Arena”
19:30. “Zirə” - “Neftçi” Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov VAR: Rəşad Əhmədov AVAR: Kamran Əliyev Zirə İdman Kompleksinin stadionu