Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Tribunainfo.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
1. Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
2. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;
3. Zərifə Əliyeva küçəsində;
4. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
14. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində.