RU

Nazir QS reytinq agentliyinin regional direktoru ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev, oktyabrın 2-də “Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyinin regional direktoru Sergey Xristolyubov ilə görüş keçirib. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları da iştirak ediblər.

Tərəflər QS beynəlxalq reytinqində Azərbaycanın ümumi nəticələri, eləcə də ölkə universitetlərinin müxtəlif göstəricilər üzrə mövqeləri barədə təhlilləri müzakirə ediblər. Eyni zamanda gələcək inkişaf perspektivləri və beynəlxalq reytinqlərdə mövqelərin yaxşılaşdırılması yolları nəzərdən keçirilib.

QS (Quacquarelli Symonds) agentliyi ali təhsil müəssisələrinin qlobal reytinqlərini hazırlayan nüfuzlu beynəlxalq təşkilatlardan biridir. Bu reytinqlər universitetlərin akademik nüfuzu, elmi tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq və tələbə-müəllim nisbəti kimi göstəriciləri əsas götürür.

Azərbaycan universitetləri son illərdə bu reytinqlərdə mövqelərini yaxşılaşdırmaq üçün beynəlxalq əlaqələrin genişləndirilməsi və elmi göstəricilərin artırılması istiqamətində tədbirlər görür.

Gülnar 

Избранный
20
1
anews.az

2Источники