RU

“Baş məşqçi oyunlar zamanı texniki zonada tənha görünür”

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz komandanın baş məşqçisi Ruben Amorim haqda fikirlərini açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Amorim oyunlar zamanı texniki zonada tənha görünür. Ən yaxşı məşqçilərə baxın, onlar onunla müqayisədə möhkəm görünürlər. Amorimi onlarla müqayisə etmək çətindir”.

“Qırmızı şeytanlar”ın mövsümə uğursuz başlamasından sonra portuqaliyalı mütəxəssis sərt tənqidlərlə üzləşib.

MY son Premyer Liqa matçında “Brentford”a 1:3 hesabı ilə məğlub olub. Komanda oktyabrın 4-də doğma meydanda “Sanderlend”lə qarşılaşacaq.

Избранный
27
sportinfo.az

1Источники