RU

Qadın futbolçular arasında Azərbaycan çempionatının püşkü atıldı

AFFA-nın bayrağı altında təşkil edilən Yüksək Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün püşkü atılıb.

Yenisabah.az milli futbol assosiasiyasının rəsmi saytına istinadla xəbər verir ki, püşkatma mərasimində ilk olaraq AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış edərək, turnirə qatılan komandalara uğurlar arzulayıb.

Daha sonra AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva çempionatın reqlamenti ilə bağlı məlumat verib. AFFA Yüksək Qızlar Liqasında ötən mövsümlə müqayisədə komanda sayı iki dəfə artırılıb. Belə ki, 12 komandanın iştirakı ilə təşkil olunacaq çempionat iki dövrədən ibarət – ev-səfər prinsipi ilə dairəvi sistemlə keçiriləcək. Dördpendirli pizza

AFFA Yüksək Qızlar Liqasında I turun oyunları oktyabrın 9-12-də keçiriləcək.

I turun təqvimi

“Qəbələ” – “Araz-Naxçıvan”

“Sabah” – “Şəfa”

“Baku Juniors” – “Zaqatala”

“Sumqayıt” – “Təhsil”

“Dirçəliş” – “Liman”

“Neftçi” – Ümid” (Gəncə)


Telegram kanalımız
Избранный
15
18
yenisabah.az

10Источники