RU

Sumqayıtın bəzi hissələrində qaz olmayacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.
Bildirilib ki, şəhərin Bulvar küçəsində ortatəzyiqli 108 millimetrlik qaz xəttində aşkar edilmiş sızmanın aradan qaldırılması məqsədilə qaz təchizatında fasilə olacaq.
Məlumata görə, müvafiq işlərin görülməsi ilə əlaqədar bu gün saat 12:00-dan etibarən ərazidəki 550 abonentin qaz təminatı müvəqqəti dayandırılacaq.
İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.
Избранный
22
10
oxu.az

10Источники