RU

FHN-in Akademiyasında beynəlxalq konfrans keçirildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Elm və Təhsil Komitəsinin 8-ci iclası və iclas çərçivəsində “Avtomobil konstruksiyasında dövri dəyişikliklər və qəza-xilasetmə problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Missiya.Az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, komitənin 8-ci iclası təhsil fəaliyyətinin inkişafı üçün əlaqələndirilmiş yanaşmaları inkişaf etdirmək, o cümlədən üzv dövlətlərə əlçatanlığı genişləndirmək və xərcləri azaltmaq üçün yeni təlim formatlarının müəyyənləşdirilməsi, sertifikatlaşdırma mexanizmlərinin, keyfiyyətin monitorinqinin və bilik bazasının inkişafının müzakirəsi, habelə müntəzəmliyi və praktiki effektivliyi təmin edəcək davamlı formatın hazırlanması məqsədilə təşkil olunub.

Konfransın keçirilməsində isə əsas məqsəd müasir avtomobil konstruksiyalarında baş verən dəyişikliklərin qəza-xilasetmə işlərinə təsirinin araşdırılması, elektromobillərin bu sahədə yaratdığı yeni çağırışların, yanğın-təhlükəsizlik məsələlərinin təkmilləşdirilməsinin müzakirəsi və beynəlxalq təcrübənin öyrənilməsi olub.

Tədbirlərdə Azərbaycan, Qazaxıstan və Rusiya Fövqəladə Hallar nazirliklərinin, eyni zamanda ölkəmizin aidiyyəti dövlət qurumlarının məsul şəxsləri, Rusiya-Serbiya Humanitar Mərkəzinin nümayəndələri, nüfuzlu ali təhsil müəssisələrinin, həmçinin respublikamızın və xarici dövlətlərin bu sahədə ixtisaslaşmış mərkəzlərinin mütəxəssisləri iştirak ediblər.

Əvvəlcə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun tədbir iştirakçılarına müraciəti səsləndirilib. Müraciətdə müasir texnoloji həllərin fövqəladə hallarla daha çevik və effektiv mübarizə aparmaq üçün açdığı yeni imkanlardan danışan nazir, eyni zamanda avtomobil sənayesinin və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafının təhlükəsizlik üsullarını təkmilləşdirməyi, yüksək səviyyəli mütəxəssislərin hazırlanmasını və fövqəladə xilasetmə əməliyyatlarının çevik aparılmasını tələb etdiyini vurğulayıb.

Konfransın əhəmiyyətinə toxunan nazir burada aparılan müzakirələrin və səsləndirilən təkliflərin beynəlxalq əməkdaşlığın inkişafına, o cümlədən xilasedicilərin hazırlanması, təcrübə mübadiləsi və qəza-xilasetmə işlərinin təşkili sahələrində BMMT ilə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə edib, uğurlar arzulayıb.

Konfransın plenar iclasında müxtəlif mövzularda məruzələr dinlənilib.

Sonra konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, ali təhsil müəssisəsinin fəaliyyətini əks etdirən Muzey və fənn kabinetləri ilə tanış olublar.

Избранный
7
17
missiya.az

10Источники