RU

Endokrinoloq ürək üçün təhlükəli olan qidaları açıqlayıb

Doymuş yağlar, trans yağlar, əlavə şəkər və duz olan qidalar ürək üçün təhlükəli ola bilər...

Poliqon xəbər verir ki, bunu endokrinoloq Marqarita Belousova RT-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, yağlı qidaların – məsələn, fast food, bişmiş məmulatlar və yağlı ətlərin istehlakı pis xolesterinin səviyyəsinin artmasına və qan damarlarında lövhə əmələ gəlməsinə səbəb ola bilər. Üstəlik, şirələr, qazlı içkilər, şirniyyatlar və bişmiş məmulatlar tərkibindəki şəkərin yüksək olması səbəbindən piylənmə riskini artırır.

Belousova onu da qeyd edib ki, duzu yüksək olan qidaların qəbulu yüksək təzyiq riskini artırır. O, bu qidalar arasında emal olunmuş qidaları, kolbasaları, sosiskaları, konservləri, turşuları, çipsləri, sousları və digər qəlyanaltıları daxil edirdi. Mütəxəssisin sözlərinə görə, lif və mikroelementlərlə zəngin qidalar, xüsusilə kalium və maqnezium ürək xəstəliklərinə faydalıdır.

Poliqon.info

Избранный
64
poliqon.info

1Источники