RU

Agenlik sədri: Rəqabəti məhdudlaşdıran sazişlərlə mübarizə gücləndirilməlidir

BAKI, 3 oktyabr. TELEQRAF

"Bazar iştirakçıları arasında sağlam rəqabət təmin olunmalı və rəqabəti məhdudlaşdıran sazişlərlə mübarizə gücləndirilməlidir".

Teleqraf xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib:

"Rəqabət orqanının əsas hədəflərindən biri məhz iqtisadi artımı dəstəkləyən təmərküzləşmələrə razılıq verilməsi, effektiv olmayanların isə məhdudlaşdırılmasıdır. Burada məqsəd iqtisadi inkişafı təşviq edən təmərküzləşmələrin dəstəklənməsi, rəqabəti pozan halların isə qarşısının alınmasıdır. Təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi, habelə rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərlə mübarizə xüsusi əhəmiyyət daşıyır. Bəzi hallarda bu cür sazişlər məhsul çeşidinin azalmasına, innovasiyaların zəifləməsinə, əsassız gəlir transferlərinə səbəb olur və nəticədə istehlakçıların maraqlarına zərər vurur".

Избранный
30
1
teleqraf.com

2Источники