RU

Mikayıl Cabbarov: Özəl sektorun iqtisadiyyatda payı 81 faizdir

Cari ilin 8 ayı ərzində özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna investisiyalar 15 faiz artıb.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.

Nazir bildirib ki, bu sektorda əsas kapitala yönəldilən investisiyalar artaraq 8,2 milyard manat təşkil edib.

“Bu ilin yanvar-avqust aylarında əsas kapitala xarici mənbələrdən investisiyalar ötən ilin eyni dövrünə nisbətən 36 faiz artıb. Həyata keçirilən islahatlar və sahibkarlığa dəstək mexanizmlərinin tətbiqi nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81 faiz səviyyəsindədir. Ölkəmizdə inklüziv sahibkarlığın inkişafı qadınların biznes təşəbbüslərinin reallaşdırıılmasına şərait yaradıb. Bunun nəticəsidir ki, bu ilin 6 ayı ərzində qadın sahibkarların sayı 7 faiz artaraq, 333 minə yaxın olub”, - deyə nazir qeyd edib.

Избранный
30
5
ikisahil.az

9Источники