RU

FİFA prezidenti Azərbaycanı təbrik etdi

FİFA prezidenti Canni İnfantino qurumun İcraiyyə Komitəsinin 2027-ci ildə 20 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək dünya çempionatının Azərbaycan və Özbəkistana verilməsi ilə bağlı qərarını şərh edib.

Sportal.az FİFA-ya istinadən xəbər verir ki, İnfantino hər iki ölkəni təbrik edib:

"İnsanların futbolu həqiqətən sevdiyi iki gözəl ölkə olan Azərbaycanı və Özbəkistanı təbrik edirəm. Ümumilikdə böyük tədbirlərin və xüsusən də idman tədbirlərinin təşkilində təcrübəsi olan iki ölkədən bəhs edirik. Azərbaycan FİFA U-17 qadınlararası dünya çempionatına, Özbəkistan isə FİFA futzal üzrə dünya çempionatına ev sahibliyi edib. Biz bu iki ölkənin dövlət başçılarının və futbol azarkeşlərinin dəstəyini alırıq. U-20 dünya çempionatını keçirmək Avropa və Asiyada da futbolun inkşafına kömək olacaq".

saytlarin hazirlanmasi

Избранный
16
sportal.az

1Источники